
"Qarabağ"ın legionerləri millidə
“Qarabağ” komandasının dörd legioneri ölkələrinin milli komandalarına çağırılıb.
Klubdan Sportlife.az-a verilən məlumata görə, Yassin Benzia Əlcazair, Marko Yankoviç və Marko Veşoviç Monteneqro, Patrik Andrade isə Kabo-Verde yığmalarına dəvət alıblar.
Onlar dünya çempionatının seçmə mərhələsinin oyunlarında forma geyinəcəklər.