
Torreyra "Qalatasaray"ı tərk edir?
"Qalatasaray"ın futbolçusu Lukas Torreyranın meneceri transfer iddialarına cavab verib.
Sportlife.az xəbər verir ki, "cim-bom"la müqaviləsi 2025-2026 mövsümünün sonunda başa çatacaq uruqvaylı yarımmüdafiəçinin adı bir müddətdir "Boka Xuniors"la hallanır.
Torreyranın agenti Pablo Bentankur Torreyranın "Qalatasaray" üçün önəmli oyunçu olduğunu bildirib: "Onun tezliklə "Boka Xuniors"a transfer olunacağını düşünmürəm".
Bu mövsüm bütün turnirlərdə 37 matçda meydana çıxıan 29 yaşlı futbolçu 1 qol vurub və 7 məhsuldar ötürmə edib.