
"Neftçi"də problem - Bu tur meydana çıxmayacaq
"Neftçi" Azərbaycan Premyer Liqasının 27-ci turunun "Səbail"lə oyununa ciddi itki ilə çıxacaq.
Sportlife.az xəbər verir ki, Höccət Haqverdi bu matçda iştirak etməyəcək.
Müdafiəçi sarı vərəqə limitinə görə (4 sarı) görüşü buraxacaq.
Qeyd edək ki, martın 16-da "ASCO Arena"da keçiriləcək oyun saat 16:00-da başlayacaq.