Qara Qarayevin aldığı zədə ciddidir?

  • Bu gün, 11:48

"Araz-Naxçıvan"ın zədəli futbolçusu Qara Qarayevin durumuna aydınlıq gəlib.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil.

Düzdür, təcrübəli oyunçu Premyer Liqanın 27-ci turunun "Şamaxı" ilə bugünkü matçında çeydana çıxmayacaq. Amma o, növbəti oyuna qədər hazır olacaq.

Qeyd edək ki, "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Şamaxı" görüşü saat 19:00-da başlayacaq.


Paylaş: