Terrorçuların maşınla əzdiyi uşağa federasiyadan dəvət

  • 1 Aprel 2024, 21:14

Rusiya Boks Federasiyası "Crocus City Hall"da törədilən terror aktı zamanı xəsarət alan səkkiz yaşlı İlyanı özünümüdafiə məşqinə dəvət edib.

Sportlife.az xəbər verir ki, uşaq anası Olqa ilə konsert zalından çıxandan sonra terrorçuların maşınının təkərləri altında qalıb.

"Rusiya Boks Federasiyasının nümayəndələri İlyanı xəstəxanada ziyarət etdilər. Xoşbəxtlikdən, bərpa prosesi yaxşı gedir. İlyaya hədiyyələr verdik və onu bütün ailəsi ilə birlikdə boks məşqinə dəvət etdik. Əminik ki, məşq ona daha da inam verəcək və istənilən vəziyyətdə özünü müdafiə etməyi öyrədəcək”, - TASS federasiya nümayəndəsindən sitat gətirib.


Paylaş: