
Cüdoçularımız mübarizəyə başlayır
Azərbaycanın gənclərdən ibarət cüdo komandası Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokunda mübarizəyə başlayır.
Sportlife.az xəbər verir ki, yarışın ilk günündə tatami üzərinə 5 idmançımız çıxacaq - Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq),
Mehdi Musayev, Nizami İmranov (hər ikisi 66 kq) və Abil Yusubov (73 kq).
Gənclər arasında Avropa Kubokunda 26 ölkədən 241 cüdoçu iştirak edəcək.