Azərbaycan üzgüçüləri Estoniyada 22 medal qazandı

  • Dünən, 10:57

Azərbaycan üzgüçüləri Açıq Estoniya qış çempionatında 22 medal qazanıb.

Sportlife.az xəbər verir ki, Estoniyanın Tartu şəhərində keçirilən yarışa 15 idmançı ilə qatılan milli çox yüksək nəticələr əldə edib.

Azərbaycanla yanaşı Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının qatıldığı beynəlxalq turnirdə ölkəmizin üzgüçülük yığmasının üzvləri vətənə 7 qızıl, 13 gümüş medal, 2 bürünc medalla dönüblər.

Üzgüçülərimizdən Süleyman İsmayılzadə 3 qızıl, 2 gümüş, Oqtay Hüseynov 2 qızıl və eyni sayda gümüş, Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, 1 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl və gümüş, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Səid Həmidov 2 gümüş, Rəşad Alquliyev və Məryəm Cavadova hərəyə 1 gümüş medal qazanıblar.

Süleyman İsmayılzadə, həmçinin 1500 metr məsafəyə sərbəst üsulda üzməkdə 1-ci olmaqla yanaşı, Estoniya rekordunu da yeniləyib.

Yarış dekabrın 20-dən 22-nə qədər keçirilib.


Paylaş: