“Qarabağ”ın qolkiperi ölkəsində fərqləndi
"Qarabağ" klubunun üzvü Mateuş Koxalski ölkəsi Polşada 2024-cü ilin ən yaxşı 9-cu qapıçısı hesab edilib.
Sportlife.az xəbər verir ki, siyahını yerli "iGol.pl" nəşri tərtib edib.
24 yaşlı qolkiper 34 xalla 9-cu yeri tutub.
İtaliyanın "Bolonya" klubunda çıxış edən Lukas Skorupski 265 xalla birinci olub. İspaniya təmsilçisi "Barselona"da çıxış edən Voytsex Şesnı (244 xal) ikinci, Almaniyanın "Volfsburq" komandasının "çərçivə qoruyucusu" Kamil Qrabara üçüncüdür.
Qeyd edək ki, Mateuş Koxalski cari ilin avqustunda "Qarabağ"a transfer olunub.