Amorimi əvəzləmişdi, ayyarım işləyə bildi
"Sportinq" baş məşqçisi Joau Pereyra ilə yolların ayrıldığını açıqlayıb.
Sportlife.az klubun saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis Lissabon klubunda cəmi ayyarım çalışa bilib.
Pereyra noyabrda "Mançester Yunayted"ə gedən Ruben Amorimi əvəzləmişdi. "Sportinq" onun dövründə 8 matça çıxıb və bu oyunların dördündə məğlub olub.