Cokoviç qələbəylə başladı

  • Dünən, 15:28

"Avstraliya Open"də mübarizəyə start verilib.

Sportlife.az xəbər verir ki, burada 10 dəfə çempion olan Novak Cokoviç ilk turda amerikalı Nineş Basavareddi ilə qarşılaşıb. 19 yaşlı tennisçi ilk seti təcrübəli rəqibindən "oğurlamağı" bacarıb.

Cokoviç növbəti üç setdə isə rəqibinə "aman verməyib" - 6:3, 6:4, 6:2.

Dünya üç nömrəsi Karlos Alkaras isə qazaxıstanlı Andrey Şevçenko ilə matçda çətinlik çəkmədən qələbə qazanıb - 6:1, 7:5, 6:1.

 


Paylaş: