Türkiyə millisinin qolkiperi barədə qərar verildi
"Beşiktaş" qolkiperi Mert Günokun müqaviləsini uzadacaq.
Sportlife.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, təcrübəli qapıçının hazırki sözləşməsi cari mövsümün sonunda başa çatır.
İstanbul klubu onunla iki illik yeni kontrakt imzalamağı planlaşdırır.
Mert 2021-ci ildən "Beşiktaş"da çıxış edir. O, eyni zamanda Türkiyə millisinin də əsas qolkiperidir.