“Fənərbağça” xal fərqini qorudu
Süper Liqada XIX tura yekun vurulub.
Sportlife.az xəbər verir ki, bu gün iki matç baş tutub. "Fənərbağça" səfərdə "Konyaspor"la qarşılaşıb.
"Sarı-lacıvərdlilər" rəqibini 3:2 hesabıyla məğlub etməyi bacarıb. İstanbul klubuna qələbə gətirən qolları Mert Müldür, Çağlar Söyüncü və Duşan Tadiç vurub.
"Fənərbağça" lider "Qalatasaray" 8 xal gerisində ikinci yerdədir.
Digər matçda "Göztepe" "Kasımpaşa"nı böyükhesabla məğlub edib - 5:0.