"Çelsi"nin futbolçusu "Bavariya"ya keçmək istəyir

  • Dünən, 10:00

"Bavariya" "Çelsi"nin futbolçusu Kristofer Nkunkunu transfer etmək istəyir.

Sportlife.az "Sky" portalına isxəbər verir ki, Münhen klubu fransalı futbolçu ilə şifahi razılığa gəlib. Almaniya klubu onu icarə əsasında yox, birdəfəlik transfer etməyi planlaşdırır.

"Bavariya" "zadəganlar"la danışıqları davam etdirir. Onlar fevralın 3-nə qədər bu keçidi bitirməyə çalışacaqlar.

Nkunku bu keçid üçün artıq "yaşıl ışıq" yandırıb. 


Paylaş: