Aleksi sabiq komanda yoldaşı əvəz edəcək
"Antalyaspor" ötən gün baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.
Sportlife.az insayder Ertan Süzgünə istinadən xəbər verir ki, Akdeniz klubu braziliyalı mütəxəssisin əvəzinə Emre Belözoğlunu gətirəcək. Tərəflər arasında razılıq demək olar əldə edilib.
Emre son olaraq ötən mövsüm "Ankaragücü"nü çalışdırıb. O, daha öncə "Fənərbaxça" və "Başakşəhər"ə də başçılıq edib.