Türkiyə klubunda yeni təyinat
Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi açıqlanıb.
Sportlife.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komandanı Murat Şahin çalışdıracaq. Onunla 1.5 illik müqavilə imzalanıb. Murat Şahin bu vəzifədə təyinatından 3 ay sonra istefaya göndərilən Rza Çalımbayı əvəzləyib.
48 yaşlı mütəxəssis ilk dəfə baş məşqçi kimi işləyəcək. O, buna qədər müxtəlif klublarda köməkçi məşqçi vəzifəsində çalışıb.