Sinnerin Nadal xatirəsi

  • 24 Aprel 2024, 17:57

İtaliyalı tennisçi Yannik Sinner Böyük Dəbilqə yarışlarının 22 qat qalibi Rafael Nadalla ilk dəfə görüşərkən onu necə heyran etdiyini izah edib.

Sportlife.az xəbər verir ki, Sinner bu barədə İtaliya mətbuatına bildirib.

“14 və ya 15 yaşım olanda ilk dəfə Romaya getdim və onun məşq etdiyini gördüm. İlk dəfə idi ki, onu canlı görürdüm, inanılmaz idi. Mən onun intensivliyini hiss etdim... və bu gün də eynidir. O, hələ də oyuna eyni həvəsə malikdir, buna görə də bunu görmək çox gözəldir”, - deyə Sinner bildirib.


Paylaş: