Koykuşindo millimizdən yüksək göstərici

  • 31 May 2024, 13:27

Yunanıstanın Larisa şəhərində kyokuşindo üzrə beynəlxalq turnir keçirilib.

Sportlife.az xəbər verir ki, yarışa Azərbaycan Kyokuşindo Təşkilatının prezidenti Arif Nəzərovun rəhbərliyi altında 5 idmançı ilə qatılan Azərbaycan millisi yüksək nəticə göstərib.

Komandamız 2 qızıl, 3 gümüş medal qazanıb. Əli Əhmədovla Şamxal Rüstəmli bütün rəqiblərini məğlub edərək çempion olub. Emin Səfərli, Ramil Zərbəliyev və Əli Mehdiyev gümüş medal qazanıb.


Paylaş: