Məşhur döyüşçünün UFC arzusu

  • 25 Aprel 2024, 21:44

MMA döyüşçüsü Jalqas Jumaqulov UFC ilə danışıqlar apardığını bildirib.

Sportlife.az xəbər verir ki, qazaxıstanlı idmançı avqustda döyüşə hazırlaşdığını qeyd edib.

“Zədədən demək olar ki, sağalmışam. Tezliklə ABŞ-yə uçacağam və orada olacağam. Avqustda döyüşmək istəyirəm. Sayatla (Abdrahmanov, döyüşçünün meneceri - red.) danışdıq. Mən UFC ilə danışıqlar aparıram" deyə Jalqas "Legalbet"ə açıqlamasında bildirib.

Jumaqulov 2020-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər UFC-də yarışıb.


Paylaş: