
Niko 3 klubun hədəfində
"Atletik”in vingeri Niko Uilyamsın adı Avropa futbolunun böyük klubları ilə yanaşı hallanır.
Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Barselona” və “Arsenal” maraqlanır.
Uilyams həmçinin, çoxdan “Bayern”in “radar”ındadır və Münhen klubu yayda “Atletik”in oyunçusu üçün mübarizə aparmağa hazırdır.
İspaniyalı futbolçunun dəyəri 70 milyon avro qiymətləndirilir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub və sözləşməyə 60 milyon avroluq satın alma maddəsi daxildir.