Qeyci: "Heç vaxt Maksı döyüşə biləcəyim rəqib hesab etməmişəm"

  • 24 Aprel 2024, 11:48

UFC döyüşçüsü Castin Qeyci (25-5) BMF titulunun sahibi Maks Holloveyin (25-7) yaratdığı təhlükəni dərk etmədiyini söyləyib.

Sportlife.az xəbər verir ki, Qeyci "Le Batard Show"da “Başıma gələn təhlükədən xəbərsiz olduğum üçün primitiv vəziyyətə düşmək mənim üçün daha çətin idi. Mən həyatımda heç vaxt Maksı döyüşə biləcəyim rəqib hesab etməmişəm. O, həmişə fərqli çəki dərəcəsində olub” deyib.

Hollovey beşinci raundda Qeycini nokautla məğlub edib. Mübarizə BMF titulu uğrunda gedib.


Paylaş: