Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan muay-tay turniri keçirilib

  • 24 İyun 2024, 14:22

Azərbaycan Muay-tay federasiyasının dəstəyi, "Döyüşçü" İdman Klubunun təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan turnir keçirilib.

Sportlife.az xəbər verir ki, yarışda paytaxtla yanaşı bölgələrdən də olmaqla 150-yə yaxın oğlan və qız idmançı iştirak edib. Sumqayıt, Şamaxı, İsmayıllı rayonundan olan təmsilçilərlə yanaşı "Döyüşçü", "Arktika", "Bozqurd", "İnam", "Avatar", "Zəfər-44" və digər klubların da muay-tayçıları fəxri mükafatlar uğrunda çıxış ediblər.

Turnirin keçirilməsində əsas məqsəd Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızı yad etmək, habelə bu idman növünün gənclər arasında daha da populyarlığını təmin etməkdir.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.


Paylaş: