4 Avropa nəhəngi hollandiyalı gənc ulduz uğrunda mübarizə aparır

  • 29 Oktyabr 2022, 17:41

PSV-nin gənc ulduzu Kodi Qapko bir çox Avropa klublarının maraq dairəsindədir.

 "Mançester Yunayted", "Arsenal", "Barselona" və "Bavariya" klublarının nümayəndələri 23 yaşlı futbolçunun oyunlarını izləyiblər. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. "Qırmızı şeytanlar" isə Qapkoya Kriştiano Ronaldonun əsas əvəzedicisi kimi baxırlar.

Qeyd edək ki, hollandiyalı vingerin PSV ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatır.  Qakpo cari mövsüm Erediviziyada 11 oyuna çıxıb, 9 qol və 9 assistə imza atıb.


Paylaş: