
İtaliya klubunda yeni müqavilə
"Cenoa” baş məşqçisi Patrik Vieyra ilə yeni müqavilə imzalayıb.
Sportlife.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı yeni razılaşma 2027-ci ilin yayına qədərdir.
Əvvəlki müqavilə 2026-cı ilin yayına qədər idi.
Vieyra “Cenoa”ya ötən ilin noyabr ayında təyin olunub. Onun komandası başa çatan mövsümü 43 xalla 13-cü yerdə başa vurub.