“Bayern” onun üçün 50 milyon avro istəyir

  • Bu gün, 18:36

"Bavariya"nın müdafiəçisi Kim Min-ce karyerasını Fransada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, PSJ cənubi koreyalı futbolçunu transfer etmək istəyir.

PSJ-nin idman direktoru Luis Kampos oyunçunun meneceri ilə görüşüb. Almaniya klubu 28 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Bavariya" Kim Min-ceni 2023-cü ilin yayında "Napoli"dən transfer edib. Cənubi Koreya millisinin üzvü ötən mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 3 qol vurub.


Paylaş: