
“Liverpul”a keçməyə yaxın olan futbolçu Bakıya gəlməyəcək
Macarıstan yığması Bakıda Azərbaycan millisi ilə keçirəcəyi yoldaşlıq oyunu öncəsi iki dəyişiklik edib.
Sportlife.az xəbər verir ki, hücumçu Daniel Qazdaq və müdafiəçi Miloş Kerkez İsveçlə oyundan sonra komandadan ayrılıb. Baş məşqçi Marko Rossi əvvəlcə Qazdaqın cəmi bir oyun keçirməsini planlaşdırmışdı, Kerkezin isə yoxluğu onun “Liverpul”la müqavilə imzalamaq üçün İngiltərəyə getməsi ilə bağlıdır.
Azərbaycan – Macarıstan oyunu iyunun 10-da keçiriləcək.