
Millətlər Liqasını kim qazanacaq?
Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.
Sportlife.az xəbər verir ki, əvvəlcə üçüncü yer uğrunda görüş keçiriləcək. Almaniya ilə Fransa arasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Turnirin final oyununda isə İspaniya və Portuqaliya milliləri üz-üzə gələcəklər. Bu matç isə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.