Mane klubundan ayrılacaq

  • Bu gün, 17:08

"Əl-Nəsr”in futbolçusu Sadio Mane Səudiyyə Ərəbistanı klubunu tərk edəcək.

Sportlife.az “The Mirror”-a istinadən xəbər verir ki, “Əl-Nəsr” yay transfer pəncərəsində seneqallı vingerlə yollarını ayırmaq qərarına gəlib. Klub rəhbərliyi Manenin yerinə “Mançester Yunayted”in yarımmüdafiəçisi Alexandro Qarnaçonu transfer etmək istəyir.

Mane 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı klubunda çıxış edir. 33 yaşlı futbolçu 2024/25 mövsümündə 47 oyun keçirib, 18 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.


Paylaş: