Alonso "Real Madrid"in müdafiəçisi Marini Bayerdə görmək istəyir

  • 26 Aprel 2024, 13:43

"Real Madrid"in müdafiəçisi Rafa Marin karyerasını Almaniya çempionatında davam etdirə bilər.

Sportlife.az "Todofichajes"ə istinadla xəbər verir ki, 21 yaşlı futbolçu ilə "Bayer" maraqlanır. Qeyd olunur ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso şəxsən onun transferində israrlıdır. Marin hazırda "Real Madrid"dən icarə əsasında "Alaves"də çıxış edir. Bu mövsüm 21 yaşlı müdafiəçi bütün turnirlərdə 31 oyun keçirib və heç bir qol vurmayıb. Onun "Alaves"lə icarə müqaviləsi 2024-cü il iyunun 30-na kimidir.

"Bayer" bu mövsüm vaxtından əvvəl Almaniya çempionu olub.


Paylaş: