Amorim Premyer Liqa klubu ilə danışıqlara gedib

  • 25 Aprel 2024, 23:14

"Sportinq"in baş məşqçisi Ruben Amorim "Liverpul"a təzyiq etmək üçün "Vest Hem"lə danışıqlar aparıb.

Sportlife.az xəbər verir ki, bu barədə "CNN Portugal" iddia edir.

39 yaşlı portuqaliyalı ilə londonlular arasında danışıqlar aprelin 23-də məlum olub. Bundan əvvəl Amorimin "Liverpul"un baş məşqçisi postuna iddialı olduğu bildirilirdi.

 

Amorim ümid edirdi ki, onun “Vest Hem”lə danışıqları “Liverpul”u müqaviləni imzalamağa məcbur edəcək. Lakin danışıqlardan xəbər tutan "Liverpul" portuqaliyalını dəvət etməkdən imtina edib.

Bu ilin yanvarında "Liverpul"un hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda mersisaydlıları tərk edəcəyini açıqlamışdı.


Paylaş: