Arteta: "Bu, əla performans idi"

  • 24 Aprel 2024, 14:37

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 29-cu turunda "Çelsi" ilə son derbidə (5:0) hücumçu Kay Havertsin çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, bu görüşdə alman futbolçu dubla imza atıb.

“Haverts bu oyunda böyük təsir bağışladı. Əgər vacib anlarda daha iki qol və birləşdirici oyunu əlavə etsək, bu, əla performans idi”, - deyə Arteta BBC-yə bildirib.

Bu mövsüm 24 yaşlı yarımmüdafiəçi Premyer Liqada 33 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: