“Barselona”nın futbolçusu çempionatda olmayacaq
Niderland millisi ciddi itki ilə üzləşib.
Sportlife.az xəbər verir ki, Frenki de Yonq zədə üzündən Avro-2024-dən kənar qalacaq. Onun ayaq biləyindəki zədənin sağalma prosesi gözləniləndən uzun çəkəcək.
Həkimlər onu riskə atmağı məsləhət bilməyib və futbolçu bərpa prosesini keçmək üçün dünən “Barselona”nın düşərgəsinə dönüb.