"Barselona"nın yeni hədəfi

  • 28 Mart 2024, 10:54

Niko Uilyams hələ də "Barselona"nın maraq dairəsindədir.

Sportlife.az "Diario Sport"a istiandla xəbər verir ki, daha əvvəl "Atletik" in cinah oyunçusu Bilbao komandası ilə 2027-ci ilə qədər yeni müqavilə imzalayıb.

Amma Kataloniya klubu müqavilənin uzadılmasına baxmayaraq futbolçu ilə əlaqələri davam etdirir.

Yarımmüdafiəçinin müqaviləsində 50 milyon avroluq sərbəstqalma maddəsi var.

Uilyams bu mövsüm La Liqada 24 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: