Superkubok oyunu iyulda ola bilər

  • 26 Aprel 2024, 19:00

2024-cü il Rusiya Superkuboku uğrunda oyun iyulun 13-də baş tuta bilər.

Sportlife.az SE-yə istinadla xəbər verir ki, məkan üç şəhərdən seçilir: Nijni Novqorod, Volqoqrad və Yekaterinburq.

Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov Superkubokun keçiriləcəyi yerin oyuna bir ay qalmış seçiləcəyini bildirib.

Ötən il Superkubok uğrunda görüş Kazanda baş tutub - "Zenit" ÇSKA-nı məğlub edib (0:0, penaltilərdə 5:4).


Paylaş: