"Səbail" - "Qəbələ" matçında 5 qol

  • 6 May 2024, 20:58

Bu gün Misli Premyer Liqasında 33-cü tura yekun vurulub.

Sportlife.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.

"Səbail" öz meydanında "Qəbələ"ni qəbul edib. Matçda "Qəbələ" 3:2 hesablı qələbə qazanıb. 

Bu görüş ötən tur mövsümü sonuncu yerdə tamamlayacağı rəsmiləşən "Qəbələ" üçün formal xarakter daşıyırdı. 6-cı pillədə qərarlaşan "Səbail" isə yuxarı pillələr üçün iddiasını davam etdirir.

6 may

Misli Premyer Liqası, 33-cü tur

19:00. “Səbail” – “Qəbələ" - 2:3 

Qollar: Aleksandr Ramalinqom, 17-pen. (1:0), Osama Xalayla, 20 (1:1), Əyyub Allaş, 32 (1:2), Pedro Nuno, 40-pen. (2:2), Osama Xalayla, 56-pen. (2:3)
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
ASCO Arena

5 may

“Araz Naxçıvan” – “Sabah” - 0:1

“Turan Tovuz” – “Zirə” - 1:2 

4 may

“Qarabağ” – “Neftçi” - 5:0 

“Kəpəz” – “Sumqayıt” - 1:1 


Paylaş: