Millimiz Türkiyəyə məğlub oldu

  • 7 May 2024, 16:21

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

Sportlife.az xəbər verir ki, milli ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun Türkiyə yığmasının böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Qeyd edək ki, U-17 ilk iki görüşündə Belarus (1:3) və Qazaxıstan (2:2, penaltilərlə 1:4) kollektivlərinə məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığması üzərində qələbə qazanıb.


Paylaş: