Təcrübəli oyunçu vətəninə qayıdır

  • 7 May 2024, 15:57

Tiaqo Silva karyerasının sonlarında vətənində çıxış edəcək.

Sportlife.az xəbər verir ki, təcrübəli müdafiəçi "Fluminense" ilə şəxsi məsələlərdə razılığa gəlib. Onun Braziliya klubuyla müqaviləsi 2026-cı ilin yayına qədər olacaq.

40 yaşlı müdafiəçi 2020-ci ildən bəri "Çelsi"də çıxış edirdi. O, 2020-21 mövsümündə London klubuyla Çempionlar Liqasını qazanıb.


Paylaş: