Musa "Yurqorden"də növbəti qolunu vurdu

  • 7 May 2024, 12:31

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden”inin U-21 komandasında növbəti qolunu vurub.

Sportlife.az xəbər verir ki, o, “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib. M.Qurbanlı 4:2 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolun müəllifi olub. 22 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, M. Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində Elit Liqa kubokunda "Norççepinq"ə qarşı oyunda da qol vurmuşdu.


Paylaş: