"Liverpul" yaxın 48 saat ərzində Arne Slotu təqdim edə bilər

  • 26 Aprel 2024, 19:37

"Liverpul" yaxın 48 saat ərzində Arne Slotun baş məşqçi təyin olunduğunu elan edəcək.

Sportlife.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mersisaydlılar hazırda 45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi "Feyenoord"a müqavilənin vaxtından əvvəl ləğvi üçün təxminən 13 milyon funt-sterlinq ödəyəcək.

Slot 2021-ci ildən "Feyenoord" ilə işləyir. 30 matçdan sonra onun komandası Niderland çempionatında lider PSV-dən 12 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.


Paylaş: