“Beşiktaş” finalda

  • 8 May 2024, 00:03

"Beşiktaş" Türkiyə Kubokunda finala yüksəlib.

Sportlife.az xəbər verir ki, "qara-qartal" səfərdə heç-heçə etdiyi "Ankaragücü"nü öz evində minimal hesabla məğlub edərək bu nəticəyə imza atıb - 1:0.

"Beşiktaş"ın yeganə qolunu albaniyalı Ernest Muçi vurub.

İstanbul klubunun finaldakı rəqibi sabah keçiriləcək "Karagümrük" - "Trabzonspor" görüşündən sonra bəlli olacaq. İlk qarşılaşmada "Trabzonspor" 3:2 hesabıyla qələbə qazanıb.


Paylaş: