Çempionlar Liqası: İlk finalist bəlli oldu

  • 8 May 2024, 00:57

Çempionlar Liqasında ilk finalist bəlli olub.

Sportlife.az xəbər verir ki, PSJ evində "Borussiya"nı qəbul edib. İlk görüşdə rəqibini minimal hesabla məğlub edən Dortmund klubu bu dəfə də üstün tərəf olub. Mats Hummelsin ikinci hissənin əvvəllərində vurduğu qol görüşdə yeganə olub - 0:1.

"Borussiya" tarixində 3-cü dəfə Çempionlar Liqasında finala yüksəlib.

Almaniya klubunun finaldakı rəqibi sabah keçiriləcək "Real" - "Bavariya" görüşündən sonra bəlli olacaq. Tərəflər arasında oynanılan ilk qarşılaşmada qalib müəyyən olunmayıb - 2:2.


Paylaş: