"Çelsi" "Atletiko"nun qapıçısını istəyir

  • 7 May 2024, 22:31

"Çelsi" yayda qapıçı transfer etməyi düşünür.

Sportlife.az xəbər verir ki, London klubunun əsas hədəflərindən biri "Atletiko"nun qolkiperi Yan Oblakdır.

Madrid klubu yeni transferlər etmək üçün sloveniyalı qapıçını sata bilər.

Oblak 2014-cü ildən "Atletiko"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb və 13 görüşdə qapısını qola bağlaya bilib.


Paylaş: