Baş hakim oyunu davam etdirə bilmədi

  • 26 Noyabr 2023, 13:15

Superliqanın 13-cü turunda keçirilən "Qalatasaray" - "Alanyaspor" (4:0) matçına hakim Ali Şansalan təyinat alıb.

Sportlife.az xəbər verir ki, təcrübəli hakim matçın 2-ci hissəsində əzələsindən zədə alıb. 

"Qalatasaray" klubunun həkimi Yener İnce müalicə tətbiq etsə də, Ali Şansalan matçı davam etdirə bilməyib.

Matçın 4-cü hakimi Yiğit Arslan 57-ci dəqiqədə Ali Şansalanın yerinə oyuna daxil olub.


Paylaş: