
"Bayer" "Liverpul"dan 40 milyon istəyir
"Liverpul" mövsümün sonunda klubdan ayrılacaq Trent Aleksander-Arnoldun yerinə oyunçu tapıb.
Sportlife.az xəbər verir ki, mersisaydlılar "Bayer"in müdafiəçisi Ceremi Frimponqun transferi üzərində işləyirlər.
24 yaşlı oyunçu bu yay klubu dəyişməyə hazırdır. "Bayer" futbolçuya 35-40 milyon avro qiymət qoyub.