
Çempionluğu İbizada qeyd etdi
"Liverpul"un baş məşqçisi Arne Slot işinə qısa fasilə verib.
Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis Premyer Liqa çempionluğunu qeyd etmək üçün İspaniyanın İbiza şəhərinə yollanıb. Bu titul "qırmızılar" üçün tarixdə 20-ci olub.
Baş məşqçi çimərliklərin birində görüntülənib.
"Liverpul"un 2024/25 mövsümündə Premyer Liqada iki oyunu var. Komanda mayın 20-də səfərdə "Brayton"la və mayın 26-da evdə "Kristal Pelas"la qarşılaşacaq.
"Qırmızılar" 36 matçdan sonra 83 xalla "Arsenal"ı 15 xal qabaqlayır.