
Fabreqas İtaliyada qalacaq
"Komo" baş məşqçisi Sesk Fabreqası "Bayer"ə buraxmaq fikrində deyil.
Sportlife.az xəbər verir ki, İtaliya klubu artıq bununla bağlı qarşı tərəfi məlumatlandırıb.
Fabreqasın xidmətində "Bayer"lə yanaşı, "Roma", "Leyptsiq" və digər Avropa klubları da maraqlıdır.
Fabreqas 2024-cü ilin yayından "Komo"ya rəhbərlik edir.