Millimiz Avropa Kubokunda

  • Bu gün, 12:51

Mayın 12-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənclər arasında kamandan oxatma üzrə Avropa kuboku turnirinə start verilib.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisi yarışda 8 idmançı - Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev və İslam İsmayılovla təmsil olunur. 

Ümumilikdə 18 ölkədən 204 idmançının qatıldığı beynəlxalq turnirin açılış mərasimi və məşq sessiyaları mayın 12-də baş tutub. Bu gün oxatanlar sıralama turuna başlayıblar.

Qeyd edək ki, Avropa Kubokuna mayın 17-də yekun vurulacaq. 


Paylaş: