"Sumqayıt" Vaqif Cavadovu göndərdi

  • Dünən, 15:09

“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.

Sportlife.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Cavadov bundan sonra "gənclik şəhəri" təmsilçisinin komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.


Paylaş: