Almaniyalı müdafiəçi seçim edir

  • Dünən, 12:56

Mövsümün sonunda "Bayer"dən ayrılacaq Conatan Ta gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportlife.az xəbər verir ki, almaniyalı müdafiəçi tezliklə yeni klubu barədə qərar verəcəyini açıqlayıb:

"Tarix demək istəmirəm. Amma bu, 2 aydan sonra baş verməyəcək".

Daha əvvəl bildirilib ki, "Bayer"in baş məşqçisi Xabi Alonso Tanı özü ilə "Real"a aparmaq istəyir.

Bu mövsüm 29 yaşlı futbolçu bütün turnirlərdə 48 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.


Paylaş: