
Ofsayd qaydası dəyişir
UEFA-nın baş katibi Corcio Marketti futbol oyunlarının keçirilməsi qaydalarına mümkün dəyişiklikləri açıqlayıb.
Sportlife.az xəbər verir ki, bu, ofsaydla bağlı qaydalara da aiddir.
Onun sözlərinə görə, IFAB və FIFA müvafiq yenilikləri sınaqdan keçirir ki, ofsayd artıq bədənin hər hansı bir hissəsindən asılı olmasın.
Marketti 3 santimetrlik ofsaydların oyunun ruhunu pozduğunu vurğulayıb.
Əvvəllər "Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger, hücum edən komandanın oyunçusu sonuncu rəqib oyunçunu yalnız bir hissəsi ilə deyil, bütün bədəni ilə üstələdiyi təqdirdə ofsaydın qeydə alınmasını təklif edib.