
Ançelotti Braziliya millisində
"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası ilə müqavilə imzalayıb.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis mayın 26-da yeni işinə başlayacaq.
İddiaya görə, Ançelotti "Real Sosyedad"la La Liqanın son tur oyunundan "Real"ı tərk edəcək.
Qeyd edək ki, o, 2021-ci ildən "kral klubu"na rəhbərlik edir. Mütəxəssis 2013-2015-ci illərdə də "Real"ı da çalışdırıb.